Ölkəmizi UEFA Çempionlar Liqasında təmsil edən "Neftçi” heyətini daha bir futbolçu ilə gücləndirib.

Paytaxt klubu  fransalı futbolçu Romen Baskı transfer edib.   26 yaşlı müdafiəçi ilə 2 il müddətinə müqavilə bağlanılıb. O, yeni komandasının heyətində 14 nömrəli formanı geyinəcək.  Romen Bask Fransanın “Keviyi Ruan”  və “Havr”  klublarında çıxış edib. Son mövsümdə “Havr”ın heyətində 31 oyun keçirib, 3 qol vurub.  Qeyd edək ki, “Neftçi” bundan əvvəl yarımmüdafiəçilər - Sezar Meza Kolli, Harramiz Suareş və Xəyal Nəcəfovu transfer edib.